Dünya

Ermənistan ölən əsgərlərinin adını açıqladı

Ermənistan Müdafiə Nazirliyi bu gün Kəlbəcərdə törətdiyi təxribat zamanı ölən əsgərlərinin adını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, ölənlərdən biri baş leytenant Hayk Gevorkyan, digəri sıravi Koryun Harutyunyan, üçüncüsü isə sıravi David Koçaryandır.

Nazirlikdən onu da bildiriblər ki, hazırda üç yaralıları var. Onların vəziyyəti barədə hər hansı bir açıqlama verilməyib. Qurumdan deyilib ki, bu barədə bir qədər sonra açıqlama verəcəklər.

JAMAZ.İNFO bildirir ki, sabiq deputat Naira Zohrabyan hökumətə müraciət edərək, təcili parlamentin iclasının çağırılmasını tələb edib. “Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərgindir. Hər saat gərginlik artır. Azərbaycan hakimiyyətinin ritorikası siyasi deyil, müharibədən ibarətdir.  Beynəlxalq təşkilatlar yenə susurlar. Məhz indi parlamentin fövqəladə iclası çağırılmalı, baş nazir və ordu rəhbərliyi dəvət olunmalı, vəziyyət müzakirə edilməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button