Dünya

Ermənistan ordusunun daha bir əsgəri öldü

Ermənistan ordusu son iki gündə 3 əsgərini itirib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, bir neçə gün əvvəl Vardenis rayonunda xidmət edən Norik Ağababayan xidmət etdiyi hərbi hissədən yoxa çıxmışdı. İki günlük axtarışdan sonra onun meyiti dərədən tapılıb. Bu gün isə Ermənistan ordusu daha iki hərbçisini itirib. Onlardan biri Azərbaycan Ordusunun Yuxarı Şorca kəndində yerləşən mövqelərini atəşə tutarkən əsgərlərimiz tərəfindən zərərsizləşdirilib. 32 yaşlı kiçik çavuş V.Xurşidyan aldığı güllə yarasından ölüb. Digər itki isə az əvvəl müqavilə əsasında xidmət edən 2001-ci il təvəllüdlü Mqer Ovanisyandır. Onun meyiti qulluq etdiyi hərbi hissədə tapılıb. Meyitin üzərində güllə yarası olub. Onun intihar etdiyi və ya güllələnərək öldürüldüyü araşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button