Dünya

Ermənistan parlamentində DAVA – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və sərhədlərin demarkasiyası məsələsi müzakirə edilib. JAMAZ.İNFO xəbər verir ki, keçirilən iclas yarımçıq dayanıb.

Buna səbəb isə erməni deputatlardan biri, “Haystan” blokunun nümayəndəsi Qeqam Manukyanın çıxışı zamanı Ermənistan hakimiyyətini satqınlıqda və Qarabağı satmaqda ittiham etməsi olub. Belə ki, parlamentin spikeri onun çıxış etdiyi zaman mikrofonunu söndürüb və tribunadan zorla endirilməsi barədə göstəriş verib. Tribunaya yaxınlaşan iki hərbçi Manukyanı oradan zorla uzaqlaşdırıblar.

Bundan sonra, Manukyanla dəhlizdə Nikol Paşinyanın partiyadaşları arasında mübahisə yaranıb. Yerli medianın verdiyi məlumata görə, mübahisə əlbəyaxa davaya çevrilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button