Dünya

Ermənistan səfərbərlik elan edir

Ermənistan Müdafiə Nazirliyi sentyabrın 15-dən dekabrın 15-nə kimi qismən səfərbərlik elan edəcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytlarından biri olan e-draft.am məlumat yayıb.

Həmin məlumatda deyilir ki, yeni ordu quruculuğu və hərbi hissələrin yenidən komplektləşdirilməsi məqsədi ilə həmin səfərbərliç çərçivəsində 869 nəfər hərbi qulluğa qəbul ediləcək. Belə ki, əsasən sıravilərdən, gizir və zabitlərdən ibarət olacaq cəlbetmədə bir sıra qaydalar tətbiq olunub. Həmin qaydalara əsasən gizir və zabit kimi cəlb olunacaq şəxslər xüsusi hazırlıq və təhsil keçdikdən sonra xidmətə başlayacaqlar.

Məlumatda qeyd edilir ki, 869 nəfərdən 576 nəfəri sıravi kimi, 107 nəfəri gizir kimi, 186 nəfəri isə zabit kimi, xidmətə cəlb ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button