Dünya

“Ermənistan təkbaşına silah istehsal edəcək gücdə deyil”

“Biz təkbaşına silah istehsal edə bilmərik. Çünki bunun üçün resursumuz yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistan Elmlər Akademiyasının keçmiş rəhbəri Radik Martirosyan deyib.

Onun sözlərinə görə, təkbaşına silah istehsalı üçün ciddi imkanlar lazımdır. Eyni zamanda onu da vurğulayıb ki, təkcə silah istehsal etmək deyil, həm də onu təkbaşına satmaq üçün də geniş imkanlara sahib olmaq lazımdır. “Bizim məhdud imkanlarımız var. Bəli, əgər başqa bir dövlətin dəstəyi olarsa, silah istehsal edə bilərik. O da baxır bu işdə bizə hansı dövlət dəstək verəcək”.

Martirosyan bildirib ki, hazırda dünyada təkbaşına silah istehsal edib və satan cəmi 5 ölkə var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button