Dünya

Ermənistanı qarışdıran səs yazısı: “Onlar əsir deyillər, fəraridirlər”

Ermənistanda bu gün skandal səs yazısı yayılıb. JAMAZ.İNFO xəbər verir ki, “Dejavu” Teleqram kanalının yaydığı həmin səs yazısında Ermənistan parlamentinin spikeri Alen Simonyanla vətəndaş arasında gedən söhbət əks olunub. Mövzu isə “əsir”lər bağlıdır.

Erməni vətəndaş sual verir: Məsələn, bizim əsirlər daha 2-3 ay gözləyə bilərlərmi?

Alen Simonyan: Düz deyir, düz deyir.

Vətəndaş: Belə söhbətlər əhali arasında çox danışılır.

Simonyan: Xeyir, doğru deyil. Başa düşmürlər. Bu əsirlərin, adamların, əsgərlərin hədəfləri nə idi? Onlar nə üçün getmişdilər?

Vətəndaş: Vətəni qorumağa.

Simonyan: Vətəni? Bağışla, deyəsən mən nəyisə səhv izah edirəm. Lakin mən hesab edirəm ki, sizin bəhs etdiyiniz əsirlər yoxdur. Mənim üçün onlar yoxdurlar. Məsələn, İsraili götürək. Terroçular təyyarəni girov götürür. Bu ölkə terrorçularla danışıqlar aparmır. Onlar sadəcə, həmin təyyarəni partladırlar. Şəxsən siz bilirsinimi o əsirlər kimlərdir, onlar kimdirlər?

Vətəndaş: Siz deyin, biz də bilək.

Simonyan: Bu adamlar, silahlarını ataraq, qaçanlar, azanlardırlar. Mə bu barədə gur səslə danışa bilmərəm. Bəs, sizcə, həmin əsirlərin valideynləri niyə səslərini çıxarmırlar, aktiv deyillər?

Vətəndaş: Bu məni çox maraqlandırır.

Simonyan: Ona görə ki, bu adamlar yaxşı bilirlər ki, onların övladları silahlarını atıb, qaçıblar və fərarilik ediblər. Və qaçdıqları zaman əsir düşüblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button