Dünya

Ermənistanın dövlət borcu artmaqda davam edir

Ermənistan hökumətinin nikbin bəyanatlarına baxmayaraq, Ermənistanın dövlət borcu artmaqda davam edir. 

“News.am” xəbər verir ki, təkcə bu ilin 10 ayı ərzində dövlət borcu 1,2 milyard dollar və ya 15,6% artaraq 9,2 milyard dollara çatıb.

“Bir tərəfdən Dövlət Gəlirləri Komitəsi misilsiz vergi yığımları barədə məlumat verir, digər tərəfdən isə hökumət yüksək sürətlə borc yığır. Bu, o deməkdir ki, bu il ikirəqəmli iqtisadi artım əvəzinə, ikirəqəmli borc yaranacaq”, – xəbərdə qeyd olunur.

Portalın iddiasına görə, həmin dövrdə təkcə xarici borc deyil, daxili borc da artıb. 2021-ci ilin yanvar-oktyabr aylarında Ermənistanın xarici borcu 647,4 milyon dollar (10,6%), daxili borcu isə 593,4 (31%) milyon dollar artıb.

Ermənistan əhalisinin 2 966,8 olduğunu nəzərə alınsa, adambaşına düşən borc 3104 dollar təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 418 dollar və ya 15,6% çoxdur.

“News.am” portalı iddia edir ki, problem dövlət borcunun həcmində yox, onun effektli xərclənməsindədir: “Borcun və ümumi daxili məhsulun artım dinamikasındakı fərqlər narahat edir. İqtisadiyyatın 4,4% artdığı halda, dövlət borcu 15,6% artıb. Bu rəqəmlər göstərir ki, dövlət borcunun artımı iqtisadiyyatın artımına və inkişafına səbəb olmayıb, bu da gələcək nəsillər üzərində əlavə yük olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button