DünyaManşet

Ermənistanın sabiq baş naziri: “Mart-may aylarında ölkədə aclıq olacaq”

“Bizim çörək problemimiz olacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistanın sabiq baş naziri Hrant Baqratyan verib.

O deyib ki, hazırda Ermənistanda ticarət və yükdaşıma yox dərəcəsindədir. Onun sözlərinə görə, xarici ticarət dövriyyəsi 15 faiz təşkil edir. “Qarabağ buğdası artıq yoxdur. Növbəti ildə bizim çörəklə bağlı ciddi problemlərimiz olacaq. Qarabağdan 70 min qaçqınımız var. Onlara ev tikmək lazımdır. Əminəm ki, bununla bağlı səhv qərarlar qəbul ediləcək. Əminəm ki, Paşinyanın qəbul etdiyi qərarlar vəziyyətin pisləşməsinə səbəb olacaq. Təkrar edirəm: ölkədə ciddi çörək problemi gözlənilir. Mart, aprel, may aylarında Ermənistanda aclıq olacaq. Mən hələ yaxşı tərəflərini görürəm. Bizim ciddi torpaq itkilərimiz var. O torpaq itkiləri ki, hər il onların hesabına ölkənin taxıl, ət və süd təlabatını ödəyirdik”.

Baqratyan daha sonra bildirib ki, Ermənistan itirdiyi hər qarış torpağında ciddi resurslardan məhrum olur. Onun sözlərinə görə, bütün bunlar ölkəni ciddi qida problemi ilə üzləşdirəcək. “Mərkəzi Bank hər gün ehtiyatlarımızı xərcləyir. Təkcə, oktaybr ayında 500 milyon dollar xərclənib. Daha doğrusu, küləyə verilib”.

Ermənistanın sabiq baş naziri qeyd edib ki, yaxın günlərdə Kərki kəndi Azərbaycana veriləcək. “Bundan sonra Tavuş rayonundakı kəndlər də Azərbaycana veriləcək. Amma əvəzində biz Arçsavaşeni, Gəncəni və Bakının mərkəzini almırıq. Daha sonra İlham Əliyev deyir ki, onun qaçqınlarla bağlı problemi var və onlar mütləq öz yerlərinə qayıtmalıdır. Lakin biz ona cavab verə bilmirik. Deyə bilmirik ki, bizim olanı qaytar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button