Dünya

Ermənistanın təhlükəsizliyi və milli suverenliyi nədən asılıdır? – TƏHLİL

Ermənistan cəmiyyətinin rifahı üçün yaranmış əsas problem sülh şəraitində yaşamamaqdır. Bu problem xüsusilə 44 günlük müharibədən sonra daha da aktuallaşdı.

Məsələn, 44 günlük müharibədən əvvəl və ya sonra “sülh” deməklə nəyi nəzərdə tuturuq. Belə ki, Ermənistan hökumətinin və cəmiyyətinin ideyalarının gözləntiləri nə dərəcədə deformasiyaya uğraması və Ermənistan dövlətçiliyi üçün nə qədər dağıdıcı olduğunun şahidi olduq. Sülh faktoru müstəqil Ermənistan dövlətinin mövcudluğunun həlledici məsələsinə çevrilib. Aparılmış araşdırmalardan da Ermənistanda aparılan son rəy sorğuları göstərir ki, Ermənistan əhalisinin əksəriyyəti üçün ölkənin və xalqın təhlükəsizlik məsələsi prioritet məsələlərdən biridir. Ermənistandan mühacirət isə dayanmır.
Amma hələ ki, 44 günlük müharibədən sonra Ermənistanda bu mövzu ilə bağlı ümummilli refleksiya görünmür. Bu gün Ermənistanda vətənin müdafiəsi üçün orduda xidmət və vətəni müdafiə etmək istəyini hərbi xidmətdən yayınmaq istəyi üstələyir. Buna görə də erməni xalqı revanşist xəyallarından imtina edib, sülh naminə bütün qonşularla münaqişəsiz, bərabərhüquqlu münasibətlər əsasında sərhədlərin, kommunikasiyaların açılmasında maraqlı tərəf olmalıdır.

Bundan sonra Ermənistan hökuməti dövlət müstəqiliyinin qorunması və subyektdən çox obyektə dönməməsi, müxtəlif qlobal oyunçuların geosiyasi maraqlarına xidmət edib parçalanmaması, o cümlədən bölgədə sülh və təhlükəsizliyi qoruyub saxlamaq üçün bütün erməni xalqını bu yolda birləşməyə çağırış etməsi labüddür. Bu kimi çağırışla Ermənistan respublikasında nəinki sülh və təhlükəsizliyin müasir modeli qurulacaq, həm də milli suverenliyin təhlükəsizlik sisteminin effektivliyi müəyyənləşəcək.

Yalnız yuxarıdakı məsələ ilə bağlı strateji qərar verməklə Ermənistanın daxili siyasətində əhəmiyyət kəsb edən digər məsələləri də müzakirə etmək mümkün olacaq və bundan sonra bütün digər mövzular üçün suverenlik məsələsi gələcək baxımından həlledici olacaq. Aydındır ki, Ermənistan üçün sülh modeli daxili siyasəti, iqtisadi inkişafı, xüsusən də qonşularla münaqişəsiz və problemsiz inteqrasiyasını müəyən edir.

Bu da məllumdur ki, Ermənistanda bir çox siyasi qüvvələr, ictimai birliklər, sosial qruplar üçün Ermənistanın sülh modeli onların gələcək siyasətini müəyyən edəcək qırmızı xəttdir. Aydın məsələdir ki, bir çox erməni vətəndaşı ya hələ bu məsələ ilə bağlı qərarsızdır, ya da hələ məsələnin mahiyyətini dərk etmir. Baxmayaraq ki, Ermənistanın indiki sosial-iqtisadi çətinliklərləri, inflyasiya ilə üzləşməsi bu mövzular üzərində düşünməyin nə qədər çətin olduğunu erməni ekspertlər özləri də qeyd edirlər.

Ermənistan hökumətinin müasir dünyanın qloballaşma dövründə öz xalqının və dövlətinin təhlükəsizliyini, bütövlüyünü sülhsüz necə qoruyacağını zaman özü göstərəcək.
Telman Qasımov, hərbi-siyasi ekspert

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button