Dünya

General Donbasa gəlib, Ukraynada fövqəladə vəziyyət elan edilir

Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyat üzrə komandanı Aleksandr Pavlyuk bu gün Donbasa gəlib. JAMAZ.İNFO xəbər verir ki, Pavlyuk bölgədəki ukraynalı desant qüvvələrinin hazırlıq vəziyyətini yoxlayacaq.

Son məlumatlara görə, Ukrayna ordusu bir neçə gündür Luqans və Donbasdakı separatçıların arxasında əməliyyatlar keçirmək üçün xüsusi hazırlığa başlayıb. İddialara görə, desantlar düşmənin arxasına keçməli və orada diversiya ilə məşğul olmalıdır.

Bu əsnada, Kiyev şəhərinion meri mümkün hücumlar zamanı əhalinin təxliyyə planını təsdiqləyib. JAMAZ.İNFO xəbər verir ki, plana əsasən Rusiya hücum edəcəyi təqdirdə, insanların sığınacağa yerləşdirilməsi ən maksimum müddətdə həyata keçirilməlidir.

Şəhərin meri Viktor Kliçkonun sözlərinə görə, planda təxliyyə məntəqələrinin yerləri, zəruri nəqliyyatın miqdarı və əhalinin yerləşdirilməsi üçün təhlükəsiz ərazilər nəzərdə tutulub. “Bir neçə il əvvəl 1500 vətəndaş üçün sığınacaqımız var idisə, bu gün onların sayı 3 dəfə artıb. Ümumilikdə mülki müdafiə strukturlarının fonduna 500-dən çox anbar daxildir”.

Gələn son xəbərlərdə deyilir ki, Ukrayna ərazisində fövqəladə vəziyyətin elan edilməsi üçün hazırlıqlar başlayıb. Məlumatlara görə, hökumət bununla bağlı qanun layihəsini Radaya təqdim də edib. Hətta yaxın saatlarda bununla bağlı qərarın veriləcəyi də gözlənilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button