Dünya

Gürcü jurnalistlər parlamanetin binasını zəbt etdilər

Gürcüstanda ötən gün ölən jurnalistlə bağlı etirazlar davam edir. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında aksiyaya başlayan bir qrup jurnalist parlamentin binasına daxil olublar.

Onlar deputatlarla görüş tələb edirlər. Bu zaman mühafizə xidmətinin əməkdaşları ilə media mənsubları arasında toqquşma olub. Nəticədə, müxalifət telekanalı olan “Piriveli TV”nin rəhbəri Vato Çereteli xəsarət alıb. Lakin onların qarşısını almaq mümkün olmayıb. İclas zalına daxil olan jurnalistlərə parlamentdə müxalifəti təmsil edən deputatlar dəstək verirlər. Belə ki, deputatlardan Tinatin Bokuçava, Yelena Xoştariya, Lela Keburiya, Xatuna Samnidze, Ana Naçsvlaşvili və digərləri spikerin əyləşdiyi yerə çıxaraq, oradan hökumətin istefasını tələb ediblər. Onlar əllərində Gürcüstanın və Avropa Birliyinin bayraqlarını tutublar. Zalda vəziyyətin gərgin olduğu və mühafizəçilərin ortamı sakitləşdirmək istədikləri bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button