Dünya

Həkimlər son rəyini verdi: “Navalnı hər an ölə bilər”

Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Aleksey Navalnı hər an ölə bilər. JAMAZ.İNFO xəbər verir ki, 20 gündür aclıq aksiyası keçirən Navalnının həkimləri onu sonuncu dəfə müayinə etdikdən sonra belə bir rəy veriblər. 

Beş nəfərdən ibarət həkim briqadasından bildiriblər ki, hazırda xəstəxanaya yerləşdirilən rus müxalif liderin orqanizmi getdikcə sıradan çıxmağa başlayıb. “Əgər aclıq aksiyasını dayandırmasa, ölmə riski hər gün daha da artacaq. Bu şəkildə davam edərsə, müalicəyə belə gərək qalmayacaq”.

Xatırladaq ki, bel ağrıları və ayaqlarındakı uyuşmadan əziyyət çəkən Navalnı təcili tibbi yardım istəsə də, onun müraciətinə yox cavabı verilib. Üstəlik, həkimləriylə görüşməsinə də qadağa qoyulub. Bunun ardından isə etiraz olaraq, aclıq aksiyasına başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button