Dünya

Hindistan Rusiyadan aldığı T-90 tanklarını geri qaytarmaq istəyir: “Heç bir işə yaramır”

Hindistanın hərbi komandanlığı bir müddət əvvəl Rusiyadan aldıqları T-90 və T-72 tanklarının texniki və hərbi imkanlarını kəskin tənqid edib. JAMAZ.İNFO xəbər verir ki, Dehli hərbçiləri həmin tankları geri qaytarmaq fikrində olduqlarını da qeyd ediblər.

Onların rəyinə görə, Rusiya istehsalı olan T-90 və T72 tankları dağlıq ərazilərdə olduqca əlverişsizdir. Üüstəlik, dağlıq zonalara daşınması, orada manevr imkanları aşağı səviyyədədir. “Rus tankları Çin istehsalı olan tanklara müqavimət belə göstərə bilmir. Onların daşınması da xeyli xərc tələb etməklə yanaşı, həm də əlverişsizdir. Biz Çin və Pakistanla sərhədlərimizdə bu tanklardan ümumiyyətlə, yararlana bilmirik. Əksinə, biz daha yüngül, çevik hərəkət edə bilən, dağlıq ərazilərdə asan manevrlər etməyi bacaran hərbi texnikalar lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button