Dünya

Hindistanla Çin müharibə vəziyyətində: Sərhəddə 100 minlik ordu göndərdi

 Hindistanla Çin arasında gərginlik yenidən start götürüb. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən Çinlə sərhəddə əlavə qoşunlar göndərən Hindistan, əsgərlərinin sayını 20 min nəfərə çatdırıb.

Belə ki, Dehli hökuməti Pekinin təxribatlara əl atdığını əsas gətirərək, əvvəlcə 20 min nəfərlik ordu göndərib. Dünən isə daha 20 minlik ordu Çinlə sərhəddə yerləşdirilib. Hindistanın müdafiə naziri də prosesləri yerində görmək üçün Çinlə sərhəddə gedib.

Bu əsnada, Pekin də sakit dayanmaq fikrində deyil. Son bir həftə ərazində Hindistanla sərhəddə 50 minlik qoşun göndərən Çin, onların təhlükəsizliyi üçün də xüsusi sığınacaqlar hazırlayıb. Bundan başqa, bölgəyə ağır texnika, uzaqvuran artilleriya və təyyarələr də yönləndirilib.

Qeyd edək ki, Hindistanla Çin arasında hələ 1960-cı ildən torpaq davası var. Dehli Pekinin onun ərazilərini işğal etdiyini bəyan edir. Çin isə bunu təkzib edir. Bu ilin fevral ayında məhz bu səbəbdən sərhəddə toqquşmalar baş vermişdi. Belə ki, hər iki tərəfdən əsgərlər üzərləri mismarlı ağaclarla bir-birlərinə hücum etmişdilər. Nəticədə, Hindistan tərəfi 20, Çin isə 4 əsgərini itirmişdi.

Son bir həftədə baş verənlər isə iki ölkə arasında müharibənin başlamasının ilkin siqnalları kimi qeyd edilir. Ekspertlər hesab edirlər ki, ucqar dağlıq ərazilərə bu qədər qoşunun çıxarılması, texnikanın daşınması müdafiə məqsədi daşımır. Bu, daha çox hücum hazırlığı kimi, diqqəti çəkir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button