Dünya

İki erməni hərbçi bir-birini vurub: Döyüşlərə qatılmamaq üçün

Ermənistan İstintaq Komitəsi 44 günlük Vətən Müharibəsində baş vermiş hadisələri araşdırmaqda davam edir. JAMAZ.İNFO xəbər verir ki, ötən gün açıqlanan məlumatda Füzuli rayonunda gedən döyüşlər zamanı artilleriya divizionu komandirinin qaçdığı, nəticədə 20 erməni əsgərinin öldüyünü bildiriblər.

Bu gün isə komitə daha bir fərarilik halının üstünü açıb. Belə ki, iki erməni MAXE-si oktyabrın 20-də Xankəndi-Hadrut yolunda döyüşlərdən boyun qaçırmaq üçün bir-birilərini güllələyiblər. Məlumatda deyilir ki, VT razılıq əsasında NG-nin ayağından, NG isə VT-nin baldırından yaralayaraq, döyüşdən yayınıblar.

Hər iki erməni hərbçi həbs olunublar. Onlara fərarilik maddəsi ilə cinayət işi açılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button