Dünya

İrəvan Ankara ilə barışmaq üçün rusları vasitəçi tutub

Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq üçün Rusiya ilə məsləhətləşmələr aparır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Təhlüksəzilik Şurasının katibi Arman Qriqoryan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə Türkiyə ilə münasibətlərini bərpa etmək və normallaşdırmaq üçün müzakirələrə hazır olduğunu deyib. “Biz Türkiyə ilə əlqələrin bərpası və münasibətlərin normallaşdırılması üçün Rusiyadakı həmkarlarımızla müzakirələr aparırıq. Məqsədimiz bu münasibətləri necə qabağa apara biləcəyimizdir. Əgər biz faktiki proseslərə başlasaq, effektli olacağını düşünürük. Çünki həm Türkiyə, həm də biz bu istiqamətdə müsbət siqnallarla çıxış etmişik”.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, onlar Ermənistanla münasibətlərin normallaşmasından yayınmırlar. Əksinə buna daha çox çalışırlar. “Lakin Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bunun üçün Azərbaycanla da eyni münasibətdə olmalıdır. Türkiyə bu məsələdə Azərbaycanla məsləhətləşmədən hər hansı bir addım atmaq niyyətində deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button