DünyaManşet

İrəvanda panika: Əhali zəlzələ qorxusundan şəhəri tərk edir

Ermənistanın paytaxtı İrəvan şəhərində baş vermiş 6 ballıq zəlzələ panikaya səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb fevralın 13-də 6 ballıq zəlzələnin olması və həmin təkanlarla bağlı çeşidli xəbərlərin yayılmasıdır.

Belə ki, İrəvanda yayılan xəbərə görə, yaxın günlərdə şəhərdə daha güclü zəlzələ olacaq. Sosial şəbəkələrdə Ermənistan Milli Seysmoloji Mərkəzə istinadən yayılmış xəbərlərdə deyilir ki, növbəti təkanların gücü 7-8 bal təşkil edəcək.

Belə xəbərlərin sürətlə yayılması panika vəziyyətini ən üst səviyyəyə çatdırıb. Hətta iş o yerə çatıb ki, şəhər əhalisinin bir qismi İrəvanı tərk etmək üçün hazırlıqlara başlayıb. Bununla yanaşı, bəzi ailələr qorxularından gecələri evlərində keçirməmək üçün yollar axtarırırlar.

Ermənistan rəsmiləri isə əhalini panikaya uymamağa çağırır. Ölkənin əksər ekspertləri bununla bağlı telekanallarda müsahibələr verərək, insanları inandırmağa çalışırlar ki, hər hansı bir zəlzələ gözlənilmir. Hətta İrəvan meri dünən mətbuata açıqlama verərək, bildirib ki, hətta 6-7 ballıq zəlzələ baş versə belə, bu şəhərdə dağıntılara səbəb olmayacaq.

Lakin bu cəhdlərin hamısı boşa gedib. Buna səbəb isə İrəvanda dünən axşam saatlarında növbəti zəlzələnin baş verməsidir. Belə ki, dünən axşam saatlarında şəhərdə 3 bal gücündə yeraltı təkan qeydə alınıb. Bunun ardından isə daha bir neçə 2 ballıq təkanlar olub. Ermənistan Seysmoloji Mərkəzi bildirib ki, bu təkanlar avtoşoklardır və daha güclü zəlzələnin olması anlamına gəlmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button