Dünya

İran əhalisi Ermənistana axışır: Vaksin vurdurmaq üçün

İranda son dönəmlər koronavirus xəstələrinin sayı sürətlə artmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bir həftə əvvəl isə qonşu ölkədə virusun yeni Hindistan ştammı aşkarlanıb.

Yerli mənbələrin yaydığı məlumata görə, yeni ştam sürətli şəkildə ölkəni ağuşuna alıb. Hətta İran Səhiyyə Nazirliyi bəyan edib ki, ölkədə virusun yayılmasının 4-cü dalğası başlayıb. Yerli istehsal olan vaksinlərin isə heç bir işə yaramadığı bildirilir.

Gələn xəbərlərə görə, İran vətəndaşları xarici vaksin vurdurmaq üçün əvvəlcə Türkiyəyə üz tutsalar da, orada istəklərinə nail ola bilməyiblər. Belə ki, Türkiyə xəstəxanalarında mövcud olan vaksinlərin yalnız yerli sakinlər üçün nəzərədə tutulduğundan, onu vurdurmaq imkanı əldə edə bilməyiblər.

Bundan sonra İran vətəndaşları digər vasitələr axtararaq, xaricdə istehsal olunan vaksinlərdən yararlanmaq üçün alternativlərə baş vurmalı olublar. Elə bu səbəbdən də son bir ayda İrandan Ermənistana səfər edənlərin sayı 20 min nəfəri keçib. Yerli xəbər portallarının yaydığı məlumatda qeyd edilir ki, həmin şəxslər İrəvana gedərək, oradakı xarici istehsal olan vaksinlər vurdururlar. Bunun müqabili üçün isə 100 dollar pul ödəyirlər.

Ən maraqlı məqam odur ki, erməni sürücülər Nordoz gömrük keçid mətəqəsində əsl biznes qurublar. Belə ki, onlar İrəvana qədər 100-110 km-lik yolu təxminən 150 dollara sürürlər. Halbuki əvvəllər həmin yolun xərci 15-20 dollardan baha deyildi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button