Dünya

İranda amnistiya elan edildi – 5000 məhkuma şamil olunacaq

İranın Ali Dini rəhbəri, ayətullah Əli Xxamineyi böyük amnistiya aktına imza atıb. JAMAZ.İNFO xəbər verir ki, həmin sənədə əsasən 5000 məhkumun cəzası ləğv olunaraq, azadlığa buraxılacaq.

Məlumata görə, amnistiya aktı İmam Rzanın (ə) doğum günü və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə imzalanıb.

Qeyd edək ki, amnistiya aktı əsasən narkotik ticarətinə görə həbs olunanlar, silah alverçiləri, zorlama, quldurluq, silahlı qarət, rüşvət, saxta pul kəsmə, çirkli pulların yuyulması, iqtisadiyyata külli miqdarda zərər vuram, spirtli içkilərin qaçaqmalçılığı və mütəşəkkil cinayətkar dəstələrin törətdiyi cinayətlərə şamil edilməyib.

P.S. Azərbaycanda da böyük amnistiyaya ehtiyac var. 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button