Dünya

İranda həbs olunan azərbaycanlı fəalın taleyindən hələ də xəbər yoxdur

İran təhlükəsizlik qüvvələri oktyabrın 30-da Gilan vilayətinin Rəşt şəhərində yaşayan güneyli milli fəal Vədud Əsədinin evinə basqın edib.
“Azad İran”ın məlumatına görə, azərbaycanlı fəal Vədud Əsədinin tutulmasından artıq dörd gün keçsə də, onun harada, hansı səbəbdən tutulması və vəziyyəti haqda heç bir məlumat yoxdur.
Vədud Əsədi saxlanıldıqdan sonra ona aid kompüter, eləcə də mobil telefonu müsadirə edilib. Hökumət qüvvələri habelə azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.
Qeyd edək ki, Vədud Əsədi əvvəllər də bir neçə dəfə həbs olunub və təhdidlərə məruz qalıb. Cənubi azərbaycanlı fəal Vətən müharibəsi zamanı da İranın Ermənistana göstərdiyi yardımlara etiraz etdiyi üçün 13 gün müddətinə həbs olunmuşdu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button