Dünya

İranın yeni prezidenti kim olacaq?

İran prezident seçkilərinə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, iyunun 18-də keçriləcək seçkilərdə iştirak üçün 600-ə yaxın şəxs namizədliyini irəli sürsə də, Konstitusiya Qəyyumluq Şurası onlardan 592 nəfərinin namizədliyə uyğun hesab etməyib.

İndiyə qədər namizədliyi qeydə alınanlar isə deputat Əlirza Zakani, Cəmiyyət Hüquqlarını Təmini şurasının üzvü Səid Cəlili, həmin qurumun katibi Mmöhsün Rezayi, keçmiş prezident köməkçisi və nazir Möhsin Mehralızadə, Milli Bankın rəhbəri Əbdünnasir Himməti, İslami Şura Məclisinin rəhbəri Əmirhüseyn Kadızadə və “Qüvveyi Qəzayi”nin (hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının tabe olduğu qurum) rəhbəri İbrahim Rəisidir.

Qeyd edək ki, İranda seçkilərdə əsasən Ali Dini rəhbər Əli Xamineyinin dəstəklədiyi şəxslər seçilir. Namizədlərin çoxluğu isə bəzən bu prosesdə cidd sıxıntıların yaranmasına gətirib çıxarır. Xüsusən də, İranda sağçı və solçu dindarların yaratdıqları partiyalar arasındakı rəqabət bəzən dövlətin ciddi problemlərlə üz-üzə qalmasına gətirib çıxarır. Bu da əsasən iqtisadi sahədə sabotajlarla mümkün olur.

Bildirək ki, İranda hazırda iki əsas müxalifət var. Onlardan biri Əhmədinejat və onu dəstəkləyən sağçı dindarlardır. Ddigəri isə heç bir qüvvə ilə yaxınlıq etməyən, hazırkı İran rejiminin getməsini və ölkədə respublikanın qurulmasını tələb edən, lakin partiyalaşmayan qüvvələrdən ibarətdir. Əhmədinejatın müxalif kimi meydanda olması İran rejimini narahat etməsə də, digər müxalifətin varlığı həmişə sıxıntılara səbəb olub. Kütləvi aksiyaların təşkili, küçə döyüşlərinin baş verməsi, habelə itaətsizliyin pik həddə çatması hələ 2019-cu ilin noyabrında Tehran üçün sıxıntılar yaratmışdı. Bu seçkilərdə də sözügedən müxalifətin fəallaşacağı gözləniləndir.

Lakin hazırda Xamineyinin kimi dəstəkləməsi məsələsi ciddi şəkildə müzakirə olunan mövzulardandır. JAMAZ.İNFO xəbər verir ki, iranlı ekspertlərin qəti rəyi budur ki, Xamineyi birmənalı olaraq Qüvveyi Qəzayinin rəhbəri İbrahim Rəisini dəstəkləyir. Niyə onu dəstəkləməsinin səbəbi isə elə də qəliz məsələ hesab olunmur. Belə ki, Qüvveyi Qəzayi ölkədə əsas güc sahələrini əlində cəmləşdirən orqandır və ən ali instansiya hesab olunur. Onun rəhbərinin təyinatı məsələsini isə prezident deyil, məhz Ali Dini lider həyata keçirir. Belə mühüm posta şübhəsiz ki, dini rəhbərin ən yaxın və ya güvəndiyi adam təyinat alır. Ki, İbrahim Rəisi də onlardan biridir.

Ekspertlər qeyd edirlər ki, hazırda seçki prosesi formal xarakter daşıyır. Ölkədə prezidentin dəyişilməsi şərt olduğundan seçkilər keçirilir. Üstəlik, namizədlərin əksəriyyəti də elə də nüfuzlu fiqurlar hesab olunmurlar. Onlardan yalnız Rəisinin nüfuzu çoxdur ki, Xamineyi də məhz bu səbəbdən onu irəli verib. Onların qənaətinə görə, 18 iyun seçkilərində İbrahim Rəisi seçiləcək və ən azı 4 il ölkəni idarə edəcək.

Xatırladaq ki, hazırkı prezident Həsən Ruhani vəzifədə olduğu 8 il ərzində bir sıra islahatlara cəhd eləsə də, mühafizəkar kəsim tərəfindən ciddi manelərlə üzləşdi. Hətta vəziyyət o həddə çatmışdı ki, dövlət başçısı benzinin qiymətinin qalxmasından işə çıxdığı vaxt xəbəri olmuşdu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button