Dünya
Köçəryan xizək sürərkən yıxılaraq xəsarət alıb
Ermənistanın ikinci prezidenti Robert Köçəryan bir neçə gün əvvəl Tsaxkadzorda xizək sürərkən yıxılıb və xəsarət alıb. JAMAZ.İNFO xəbər verir ki, hazırda o müalicə alır.
Məlumatda deyilir ki, Xocalı qatili həmin vaxt ciddi xəsarət alsa da, xəstəxanaya yerləşdirilməyib. Onu evdə müalicə edirlər. Mməhz bu səbəbdən də o, sonuncu məhkəmə prosesinə çıxmayıb.
Qeyd edək ki, sabah İrəvanda Ermənistan müxalifəti etiraz aksiyası keçirəcək. Vəkili Hovannes Xudoyan bildirib ki, Köçəryan aldığı xəsarətlərdən dolayı aksiyada iştirak etməyəcək.