Dünya

Lavrov: “Ukrayna Rusiyanı müharibəyə cəlb etmək istəyir”

“Biz Ukraynanın Moskvanı müharibəyə cəlb etmək məqsədi ilə atdığı təxribatçı addımlarını diqqətlə izləyirik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donbasdakı son vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, “Noirmandiya formatı”na əsaslansalar, bölgədə vəziyyət göz qabağındadır və xeyli gərginləşib. “Onlar vəziyyəti gərginləşdirmək, təxribatlara əl atmaqla Rusiyanın hansısa hərbi gücdən istifadəyə cəlb etməyə çalışırlar”.

Lavrov bir neçə gün əvvəl Donbasda “Bayraktar”dan istifadə edilməsi barədə məsələyə də toxunub. “Ukraynanın baş qərargah rəisi deyir ki, həmin PUA-lardan istifadə ediblər. Müdafiə naziri isə deyir ki, bundan xəbərim yoxdur. Buradan vəziyyətin necə olduğu məlumdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button