Dünya

Londondan qovulan rus oliqarxlar hansı ölkəni seçəcəklər?

Rusiyanın Ukraynanı işğala başlamasından sonra Qərbin sərt sanksiyaları ilə üz-üzə qalıb. JAMAZ.İNFO xəbər verir ki, bütün sahələrdə embarqoların olması səbəbindən Moskva ciddi problemlərin burulğanına düşüb.

Qeyd edək ki, hazırda Putin hakimiyyətinin təkcə problem Ukraynadakı uğursuzluq və daxildəki iqtisadi durumun bərbadlığı deyil. Həm də onu hakimiyyətə gətirən və bunun üçün milyardlar xərcləyən oliqarxların narazı qalmasıdır.

Bildirək ki, Abramoviç və digər onun kimilərin Avropadakı bütün hesablarına, şirkətlərinə, habelə mülklərinə həbs qoyulub. Milyardlarla dollar dəyərində olan sadaladıqlarımızın ardından, onların Avropa və digər Qərb ölkələrinə girişləri də yasaqlanıb. İş o yerə çatıb ki, İspaniya polisi bu gün daha birr us oliqarxının 140 milyon dollar dəyəri olan yaxtasını saxlayıb və müsadirə edib.

Xatırladaq ki, rus oliqarxların əsas məskunlaşdığı ölkə Britaniya idi. Londonda 40-dan çox oliqarxın yaşadığı da sənədli, sübutlu təsdiqini tapır. Hətta Fransanın “Le Monde” qəzeti bu səbəbdən Londonu Londonqrad adlandırıb.

Hazırda əsas müzakirə predmeti isə rus oliqarxların Londondan sonra hansı şəhəri özlərinə məskən seçəcəkləridir. JAMAZ.İNFO xəbər verir ki, Abramoviç və ona yaxınlığı ilə bilinən bir çox oliqarxlar Dubaya daşınıblar. Lakin onların Dubayda uzun müddət qalmayacaqları da məlum olub. Belə ki, rus oliqarxlar Dubayda Qərbin sanksiyalarından yayına bilməyəcəklərini artıq müəyyən ediblər. Və ya onlara orada xeyli problem yaratmaq mümkündür. Belə olan təqdirdə, rus oliqarxların əsas dayanacaq nöqtəsi kimi Türkiyə göstərilir.

Türkiyə mediasının yaydığı xəbərə görə, bir müddət əvvəl Roman Abramoviç və daha bir neçə oliqarx Türkiyəyə səfər ediblər. Onlar bir müddət Türkiyədə qaldıqdan sonra geri gediblər. Bu səfərin konkret olaraq məqsədi məlum deyil. Lakin ehtimal edilir ki, rus oliqarxlar güvənli yer kimi, Türkiyəni seçəcəklər.

Bunun üçün əsasların da olduğu vurğulanır. JAMAZ.İNFO bildirir ki, türk ekspertlər Türkiyə ilə Rusiyanın münasibətlərinin normal olduğunu, iki ölkə arasında iqtisadi və siyasi sahədə münasibətlərin ən yüksək səviyyəyə gəlib çatdığını, habelə Ankaranın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayacağını bəyan etməsi, eyni zamanda, Türkiyədə biznes mühitinin əlverişli olmasını qeyd edirlər.

Hərçənd Türkiyədə bəzi özəl banklar rus oliqarxların onlar vasitəsi ilə əməliyyatlar həyata keçirməsinə qarşıdırlar. Eyni zamanda, bu Türkiyədə yeni bankların peyda ola biləcəyi deməkdir. Aydın məsələdir ki, belə rəqabətdə duruş gətirmək çox böyük səy istəyir.

İlkin hesablamalara görə, əgər rus oliqarxlar mərkəz olaraq Türkiyəni seçərlərsə, bu qardaş ölkəyə orta hesabla 100 milyard dollar əlavə investisiya gətirəcək. Növbəti illərdə isə bu rəqəmin 150 milyard dollara qədər artacağı proqnozlaşdırılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button