Dünya

Malinin prezidentinə bıçaqlı hücum olub

Malidə 24 may çevrilişindən sonra mülki şəxsin hakimiyyətə gəlməsinə qədər müvəqqəti dövlət başçısı postunu tutan  Assimi Goitaya bıçaqlı hücum olub. JAMAZ.İNFO xəbər verir ki, Malinin paytaxtı Bamokoda yerləşən Ulu Camidə bayram namazı qılmaq üçün gələn müvəqqəti prezidentə bir nəfər yaxınlaşaraq, onu bıçaqla vurmaq istəyib.

Hadisə nəticəsində Goitaya bir şey olmasa da, onun yanında dayanan şəxslərdən biri yaralanıb. Həmin şəxsin yaralandığı bildirilir.

Qeyd edək ki, Goita 2020-ci ilin avqustinda baş vermiş dövlət çevrilişinin əsas fiqurlarından biri hesab olunur. Həmin vaxt prezidentin köməkçisi olan polkovnik mayın 24-də prezident Bah Ndav və baş nazir Moktar Ouanenin həbsi barədə göstəriş verib. Daha donra isə müvəqqəti hökumət quraraq, yeni seçkilərə qədər dövlət başçısı səlahiyyətlərini üzərinə götürüb.

Xatırladaq ki, bir müddət əvvəl Haitinin dövlət başçısına da sui-qəsd olunub. Həmin hadisə nəticəsində prezident öldürülüb, həyat yoldaşı isə ağır yaralanıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button