Dünya

Paşinyan 150 minlik mitinqə hazırlaşır

Ermənistanda siyasi proseslər getdikcə qızışır. Ölkə müxalifəti artıq bir müddətdir ki, davamlı olaraq etiraz aksiyaları keçirirlər. Hazırda da İirəvanın mərkəzində aksiyalar davam edir.

JAMAZ.İNFO xəbər verir ki, Ermənistan müxalifətinin əsas tələbi baş nazir Nikol Paşinyanın istefa verməsi, Azərbaycanla sülh danışıqlarının dayandırılması və Qarabağ məsələsidir. Hətta dəstək əldə etmək üçün Qarabağ məsələsini daha önə çəkərək, bu aksiyaları “İkinci Qarabağ hərəkatı” adlandırırlar. Lakin erməni müxalifəti indiyə qədər ən yaxşı halda meydana 5-6 mindən artıq qüvvə çıxara bilməyiblər.

Qeyd edək ki, baş nazir Nnikol Paşinyan müxalifətin bir qədər sakitləşməsini gözləyir. Ardından isə maraqlı bir addım atmaq fikrindədir. Erməni mətbuatının yaydığı məlumata görə, Paşinyan və tərəfdarları yaxın günlərdə müxalifətə gücünü göstərmək üçün mitinq keçirmək fikrindədir. Bu məqsədlə hazırda bir sıra hazırlıqların başladığı da vurğulanır. Məlumata görə, Paşinyan və komandası İrəvanın mərkəzi meydanında 150 min nəfərlik aksiya keçirməyi planlaşdırıblar.

Əgər belə bir aksiya baş tutarsa, bu Ermənistan müxalifətinin çöküşü demək olacaq. Çünki onlar istəsələr belə meydana bu qədər adam çıxarmaq gücündə deyillər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button