Dünya

Paşinyan 71, Koçaryan 29, Vanesyan isə 7 deputat mandatı qazandı

Ermənistan Mərkəzi Seçki Komissiyası son növbədənkənar parlament seçkilərinin nəticələrini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, bütün səslərin sayılmasından sonra Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Sazişi” Partiyası səs itirib.

Belə ki, yekun nəticəyə görə, “Vətəndaş Sazişi” Partiyası 0.01 faiz səs itirərək, ümumi səslərin 53.91 faizini əldə edib. Robert Koçaryanın rəhbəri olduğu “Haystan” bloku isə 21.09 faiz, “Şərəf duyuram” bloku isə 5.22 faiz səs toplayıb. Nəticədə, Paşinyan parlamentdə 68 partiya üzvü və yezidilər, ruslar və kürd azlıqların üç nümayəndəsi ilə birlikdə 71 deputatla təmsil olunacaqlar.

“Haystan” bloku assurların nümayəndəsi ilə birlikdə 29 nəfərlə, “Şərəf duyuram” bloku isə 7 nəfərlə təmsil olunacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button