Dünya

Paşinyan David Tonoyanın həbsindən danışdı

Məmurların cinayətləri siyasi iradə olmadan araşdırıla bilməz”

“Sputik Ermənistan”ın verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan sabiq müdafiə naziri David Tonoyanın həbsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Tonoyana külli miqdarda vəsaiti mənimsəmə ilə bağlı cinayət işi Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən irəli sürülüb, xidmətin rəhbəri isə hökumətə tabedir.

“Bütün beynəlxalq hesabatlarda göstərilir ki, bu cür işlər siyasi iradə olmadan tədqiq edilmir”, – deyə Paşinyan qeyd edib.

44 günlük müharibə dövründə Ermənistanın müdafiə naziri olan David Tonoyan barəsində sentyabrın 30-da 30 gün müddətinə gəbs qəti-imkan tədbiri seçilib. O, silah alınması üçün nəzərdə tutan külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilir. Bunun isə 44 günlük müharibənin taleyinə əsaslı təsir göstərdiyi bildirilir. Sonradan Ermənistan Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın da eyni ittihamlarla həbs olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button