Dünya

Paşinyan müharibədəki məğlubiyyətin “səbəbi”ni tapıb: “Allah bizdən üz döndərib”

Nikol Paşinyan 44 günlük müharibədə Ermənistanın məğlubiyyət “səbəbini” tapdığını deyib. JAMAZ.İNFO xəbər verir ki, seçiciləri ilə görüşdə baş nazirin çıxışı bəzi iştirakçıların gülüşünə də səbəb olub.

Belə ki, o, bildirib ki, 2020-ci il Ermənistan üçün uğursuz olub. “Bizim üçün ən çətin sual odur ki, 2020-ci il Ermənistan üçün niyə uğursuz oldu. Bunun bir çox səbəbləri ola bilər. Məsələn, hərbi, siyasi, geosiyasi, iqtisadi. Lakin bu gün mənim ağlıma sizin üçün qeyri-adi görünə biləcək bir fikir gəldi. Düşünürəm ki, belə ola bilər. Mənə elə gəlir ki, “İincil”də deyildiyi kimi, Allah bizdən üz dönədrib”.

Paşinyan daha sonra deyib ki, ermənilər hazırda cənnətdə yaşayırlar. “Belə fikirlər mənim ağlıma hər dəfə hər hansı bir rayona səfər edən zamanlar gəlir. Bəli, biz cənnətdə yaşayırıq. Düzdür, bir çox insanlarımız hələ də həmin cənnətdən ləzzət apara bilmir. Çünki onun bir çox hissəsi hələ işlənilməyib”.

 

P.S. Bir neçə gün əvvəl erməni müxalifəti Nikol Paşinyanın psixoloji testdən və müayindən keçirilməsi tələbi ilə çıxış ediblər. Gedişat da göstərir ki, Nikolun həqiqətən də ağlı qaçıb. Yoxsa, bir ölkənin baş naziri özünü “peyğəmbər”, “vəhy gələn şəxs” kimi təqdim etsin ki? Məşhur bir tamaşada deyildiyi kimi: “Atam, bu dəlidi ki”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button