DünyaManşet

Paşinyan parlamentin iclasına sərxoş vəziyyətdə gəlib

Məlum olduğu kimi, dünən Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərək, hökumət qarşısında hesabat verib. Həmin hesabatında 44 günlük Qarabağ müharibəsi barədə açıqlama verən Paşinyan, bir çox mətləblərin də üstünü açıb.

JAMAZ.İNFO xəbər verir ki, erməni baş nazirin çıxışı və açıqladığı faktlar Ermənistanda birmənalı qarşılanmayıb. Xüsusən erməni müxalifəti yenidən küçələrə axışaraq, etiraz aksiyaları keçirmək üçün çağırışlar edirlər.

Lakin Ermənistanda nəşr olunan “Hraparak” qəzeti bu gün yayımladığı məqaləsində iddia edib ki, Paşinyan dünən parlamentdə gələndə sərxoş vəziyyətdə olub. «Bunu onun verdiyi cavablarından, habelə çıxışları zaman dalğın olmasından da hiss etmək mümkün idi. Dünən gecə Paşinyan təkcə keçmiş rəhbərliyi ittiham etmirdi, həm də özünü təkzib edirdi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button