Dünya

Paşinyan Qarabağda döyüşmüş “Sisakan” dəstəsinin komandirini həbs etdirdi

“Sisakan” könüllü dəstəsinin komandiri, Dağlıq Qarabağ müharibəsinin “veteranı” Aşot Minasyan həbs edilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü vəkil Miran Poqosyan Facebook-da məlumat verib.
Poqosyan qeyd edib ki, həbslə bağlı qərarı Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyan çıxarıb.
“Bir müddət əvvəl hakim müstəntiqin 15 noyabr 2020-ci il tarixli vəsatətini təmin etdi və bununla da faktların həbs üçün vacib olmadığını, hakimiyyətin istəklərinin önəmli olduğunu etiraf etmiş oldu”, – vəkil bildirib.
O, “Sünikin başsiz qoyulması” əməliyyatının ikinci mərhələsinin həyata keçirildiyini və buna Tiqran Simonyan kimi hakimlərin töhfə verdiyini vurğulayıb.
Xatırladaq ki, Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq onun üzərində külli miqdarda silah və sursat tapdıqlarını bildirib. Telefon danışıqlarının qeydləri də dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button