Dünya

Paşinyan yenidən hücumda: Putinin dostuna yeni ittiham irəli sürülür

Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərini yola verdikdən və qələbəsini təmin etdikdən sonra yenidən “hücumda” oynamağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, hələ xeyli əvvəl 1 mart 2008-ci il hadisələrinə görə ittiham olunan və həbs edilən Robert Koçaryanla bağlı məhkəmə prosesləri yenidən start götürüb.

Qeyd edək ki, Koçaryan bir müddət həbsdə yatdıqdan sonra Rusiyanın israrlı tələbi ilə azadlığa buraxılsa da, barəsində cinayət işi ləğv edilmədi. Putinin yaxın dostu, Kremlin “xas” adamı kimi tanınan sabiq prezidentin seçkilərə qatılması isə prosesi bir qədər də ləngitdi. Lakin görünən odur ki, Paşinyan həmin ərəfədə çətin vəziyyətdə olduğu üçün Koçaryanı azadlığa buraxmaq məcburiyyətində qalmışdı. İndi isə sular durulub və haqq-hesab çəkmək üçün əlverişli imkan yaranıb.

JAMAZ.İNFO xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində Robert Koçaryana daha bir ittiham irəli sürüləcəyi məlum olub. Bu barədə prosesdə iştirak edən prokuror Gevorq Baqdasaryan deyib ki, yeni ittiham Koçaryanın Konstitusiyanın tələblərini pozması, ondan öz məqsədləri üçün istifadə etməsi, habelə digər mətləbləri əhatə edəcək.

Erməni mənbələrinin yaydığı xəbərə görə, Paşinyanın seçkilərdən sonra yenidən hücuma keçməsi səbəbsiz deyil. Onlar hesab edirlər ki, Nikol Robertin parlamentdə ona ciddi başağrısı verəcəyinin fərqindədir. Ona görə də, məhkəm prosesinə yenidən start verməklə, Koçaryanın yenidən həbsinə nail olmaq və mandatını bu yolla ləğv etməkdir.

Bundan başqa, Paşinyan bununla həm də Rusiyanın üzərinə hücum etmiş kimi görünür. Çünki Xocalı soyqırımını törədənlərin başında dayanan Robert Koçaryan Rusiya prezidenti Vladimir Putinin yaxın dostu hesab olunur. Hətta onun həbsdən buraxılması üçün Putinin Nikol Paşinyandan xahiş etdiyi də bildirilir. Belə olan təqdirdə, Paşinyan Putinə də dirsək göstərmiş sayılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button