Dünya

Pentaqondan Ankaraya mesaj: “Aramızda problem olmayacaq”

ABŞ prezidenti Co Baydenin aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı dedikləri Türkiyə ilə münasibətlərdə gərginliklərə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, ermənilərin uydurduqları və heç bir sübut ortaya qoya bilmədikləri bir hadisəyə “soyqırım” deməsinin ardından Ankara bəzi addımlar atmağa hazırlaşdığını da bəyan edib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Baydenin açıqlamasından sonra narahat olduqlarını gizlətməyib. Bu barədə açıqlama verən qurumun mətbuat katibi Kirby bildirib ki, Türkiyə ilə hərbi sahədə əməkdaşlıqlarının baş verənlərdən zərər görəcəyinə inanmırlar. “Türkiyə ilə hərbi sahədə əməkdaşlığımızda hər hansı bir dəyişikliyin olacağını gözləmirik. Türkiyə bir NATO müttəfiqidir və olduqca önəmli bir müttəfiqdir. Müxtəlif sahələrdə və məsələlərdə əlaqələrimizi davam etdiririk. Prezident Baydenin açıqlaması münasibətlərimizə mənfi təsir edəcəyini gözləmirik”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button