Dünya

Psaki: “Ola bilsin, Rusiya Baydenin mərhum atasına da sanksiya tətbiq edib…”

Maraqlıdır, Kremlin ABŞ rəsmilərinə qarşı yönəltdiyi sanksiyaların hansısa real təsirləri olacaqmı?

Qeyd edək ki, Rusiya rəsmiləri, milyarderləri və onların ailə üzvlərinin verilən məlumatlara görə, xaricdə, xüsusən də Qərbdə böyük həcmdə vəsaitləri, mülkləri olub. Bu mənada aydındır ki, həbs qoyulması ilə Rusiyadan olan həmin yüksək rütbəli şəxslər xeyli müddət bu vəsaitlərdən yararlana bilməyəcəklər. Hətta situasiyadan asılı olaraq onlar ümumiyyətlə, xaricdəki vəsaitlərindən birdəfəlik məhrum ola bilərlər.
ABŞ rəsmilərinə, məmurlarına gəldikdə isə çətin ki, onlar Rusiya və ya Belarusda hansısa vəsaitləri mülkləri olsun. Hətta bəzilərinin olubsa da belə, hadisələrin gedişindən əvvəl xəbərdar olaraq çoxdan vəsaitlərini bu ölkələrdən çıxarıblar. Onların Rusiyada itirəcəkləri bir şey yoxdur ki, qoyulan embarqodan çəkinsinlər. Bu isə deməkdir ki, Kremlin bu cavabı sadəcə heç bir əhəmiyyət kəsb etməyən bir kağız parçasıdır.
Ona görə də Kremlin cavabının hansısa real təsirləri olmayacaq. Yəni bu addım Bayden və digərlərinin Rusiyaya qarşı tutduğu mövqelərindən bir addımda olsa belə geri çəkilməsinə gətirib çıxarmayacaq. Qərb və ABŞ yenə də öz mövqeyində qalacaq. Hətta Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi gözlənilir.
Bu versiyanı Ağ Evin sözçüsü Cen Psakinin Vaşinqtonda keçirdiyi brifinq zamanı səsləndirdiyi fikirlər də təsdiqləyir. Belə ki, Psaki Rusiya sanksiyalarının amerikalıların nəzərdə tutulan məqsədlərinə ciddi təsir göstərməyəcəyini vurğulayıb.
“Heç kəsi təəccübləndirməyəcəyəm ki, heç birimiz Rusiyaya turist səfəri planlaşdırmırıq. Heç kimin Rusiyada bank hesabı yoxdur ki, biz onlara daxil ola bilməyək. Ona görə də biz irəliyə doğru davam edəcəyik”, – deyə Psaki bildirib.
O, Rusiyanın sanksiyalarla bağlı bəyanatında “Prezident Bayden-balaca” qeyd olunmasına da gülüb: “Ola bilsin ki, Baydenin ölmüş atasına da sanksiya tətbiq ediblər”.
Bunun belə olacağını Moskvada da yaxşı bilirlər. Onlar sadəcə, ölkə daxilində guya Qərbin sanksiyalarına cavab zərbəsi endirdikləri görüntüsünü yaratmaq üçün buna gediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button