Dünya

Putin Ərdoğanla telefonla danışdı

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. JAMAZ.İNFO Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı qarşılıqlı aviadaşımaların bərpası və “Sputnik-V” vaksinlərinin davamının göndərilməsi məsələsi müzakirə edilib.

Məlumatda deyilir ki, Putin Ərdoğanla danışıqlar zamanı bir müddət əvvəl ABŞ prezidenti Co Baydenlə Cenevrədəki görüş barədə fikir mübadiləsi aparıb. Bundan başqa, tərəflər Rusiya və Türkiyə arasında İdlibdə yaşanan gərginlik fonunda birgə hərbi fəaliyyətlərə dair də müzakirələr edblər.

Qeyd edək ki, Putin son iki gündə Ərdoğanla yanaşı, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla da telefonla danışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button