Dünya

Qırğızıstan-Tacikistan sərhəddində atışma

Bu gün Tacikistanla Qırğızıstan sərhəddində silahlı toqquşma qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Düşənbə rəsmiləri məlumat yayıblar.

Məlumatda deyilir ki, toqquşma nəticəsində iki qırğız əsgər yaralanıb. “Bu gün 4 qırğız hərbçi Tacikistan sərhəddini keçərək, ölkə ərazisinə qanunsuz daxil olublar. Sərhəd pozucularından bəziləri hərbi formada, biri isə mülki geyimdə olub. Silahlı şəxslər sərhəddə yaxın yaşayış məntəqəsinin sakinlərinə məxsus 9 baş atı aparmaq istəyiblər. Tacikistan hərbçilərinin xəbərdarlığına baxmayaraq, onlar ərazini tərk etməyiblər. Nəticədə, silahlı insident yaşanıb və iki qırğız hərbçisi yaralanıb. Hazırda Tacikistan və Qırğızıstan nümayəndə heyətləri ərazidə araşdırma aparırlar”.

Xatırladaq ki, bir müddət əvvəl iki ölkə arasında silahlı toqquşma yaşanmışdı. Tacikistan və Qırğızıstan hərbçiləri arasında yaşanan silahlı insident nəticəsində 34 nəfər ölmüşdü, 100-dən çox şəxs isə yaralanmışdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button