Dünya

Rus hərbçilər Xersonda mülki əhalini əsir götürür

Xersonda vəziyyət getdikcə pisləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, rus ordusu şəhəri tam mühasirəyə alıb. Artıq Xersonun girəcəyində şiddətli döyüşlər gedir.

Xerson vilayətinin rəhbəri Gennadi Laquta bildirib ki, onlar daha bir problemlə üzləşiblər. Laqutanın sözlərinə görə, rus hərbçiləri mülki əhalini əsir götürməyə başlayıblar. “Rus hərbçiləri Şumenski rayonunda mülki əhalini əsir götürməyə başlayıb. Nə edəcəkləri hələlik bizə məlum deyil. Qorxduğumuz odur ki, əsir götürdükləri mülki insanlardan “canlı qalxan “ kimi istifadə etsinlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button