Dünya

Rusiya Donbasa tank qoşunları göndərdi: Separatçılar Donetskiyə çəkilirlər

Oktyabrın 26-dan etibartən Donbasda separatçılara qarşı hərbi əməliyyata başlayan Ukrayna ordusu artıq bir neçə iri məntəqəni işğaldan azad edib. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında “Bayraktar TB2” PUA-larından istifadə edən Kiyev hərbçiləri separatçılara məxsusu daha bir neçə tankı məhv ediblər.

Getdikcə vəziyyəti ağırlaşan və geri çəkilmək məcburiyyətində qalan separatçılar artıq Donetski şəhəri yaxınlığında müdafiə istehkamları qurmağa başlayıblar. Gələn xəbərlərə görə, strateji hündürlüklər və məntəqələri azad edən Ukrayna ordusu cəbhə xəttinə əlavə canlı qüvvə və hərbi texnika göndərir.

Bu əsnada, “Politiko” saytı Rusiyanın 44-cü tank dviziyasını Kursk və Pskovdan Ukrayna sərhəddinə göndərməsini əks etdirən peyk görüntülərini yayıb. Həmin görüntülərə əsaslanaraq sayt bildirir ki, dünəndən etibarən Bryanski və Smolenski istiqamətindən də Ukrayna sərhəddinə doğru rus ordusunun hərəkətliliyi hiss olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button