Dünya

Rusiya Gürcüstanı hədələdi: “Acarıstan da ayrılacaq”

“Acarıstan Abxaziya və Cənubi Osetiyadan nümunə götürərək Gürcüstandan ayrılma prosesinə başlaya bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu fikri Rusiya Federal Şurasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov deyib.

Senator Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkəsinin Rusiyaya qarşı bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak etməsi ilə bağlı bəyanatına cavab verib və bunun “Cənubi Osetiyanın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı son təkliflərinə cavab olaraq” edildiyinə əminliyini bildirib. “İstisna etmirəm ki, belə hadisələrin fonunda Acarıstan Abxaziya və Cənubi Osetiyadan nümunə götürərək Gürcüstandan ayrılma prosesinə başlaya bilər. Tarixi, dini və coğrafi şəraiti nəzərə alsaq, Türkiyənin Şimal-Şərqi Qara dəniz regionunda öz təsirini gücləndirmək fürsətini əldən verməyəcəyini başa düşmək asandır”.

Klimovun sözlərinə görə, Gürcüstan hakimiyyəti anti-Rusiya sanksiyalarına qoşulmaq qərarı ilə “gürcü xalqını cəzalandıracaq”. “Rusiya ilə ticarət gəlirləri, eləcə də Rusiyadan Gürcüstan üçün həyati əhəmiyyət kəsb edən malların tədarükü minimuma endiriləcək. Rusiyada gürcü malları başqaları ilə əvəz olunacaq. Rus turist axını açıq-aydın çökəcək. Bu kiçik dağlıq ölkədə onsuz da çətin olan iqtisadi vəziyyət kritikləşəcək”.

O əlavə edib ki, öz sakinlərinə qarşı “ehtiyatsız” hərəkətlərə görə məsuliyyət Gürcüstan rəhbərliyinin üzərinə düşəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button