Dünya

Rusiya hansı ölkələrə ərazi iddiası irəli sürməyə hazırlaşır?

Ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiyanın gözü doymur. “Şimal Ayısı” 17 milyon kv.km ərazinin ona azlıq etdiyini, SSRİ dağılandan sonra bir çox “əraziləri”nin digər respublikalarda qaldığını iddia edir. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Dumasına məsələ qaldırıb, keçmiş sovet respublikaları ərazisindəki torpaqların geri alınması üçün qanun layihəsi qəbul etməyi qərarlaşdırılır.

Rusiya hansı torpaqları özünkü hesab edir? Moskvanın ilk hədəfi müharibə vəziyyətində olduğu və torpaqlarının bir hissəsini işğal etdiyi Ukraynadır. Kreml iddia edir ki, Şərqi Uukraynada yerləşən Donetski, Luqanski, Dnepropetrovski vilayətləri “tarixi rus torpaqları”dır.

İkinci hədəf Belarusiyadır. Rusiya iddia edir ki, 1921-ci ildə Polşa ilə bağlanılmış Riqa müqaviləsinə əsasən Belarusiyanın Vitebski, Moqilevski və Qolmel vilayətləri onlara məxsusdur.

Rusiyanın torpaq iddiası etdiyi dövlətlərdən biri də Qazaxıstandır. Kreml iddia edir ki, 1936-cı ilə kimi Qazaxıstan Başkiriya kimi, onun respublikalarından biri olub. Ona görə də, Moskva hesab edir ki, Qazaxıstanın şimalı onlara məxsusdur.

Kremlin hədəfində Pribaltika respublikaları da var. Rusiya qeyd edir ki, 1920-ci ildə Dvinski, Narva, Yuriev, Peçor, İzborsk, İvanqorod və Pıtalovo şəhərləri Estoniya və Latviyaya verilib.

Rus ekspertlər bildirirlər ki, Konstitusiyaya görə, Rusiya qeyd olunan torpaqları geri istəmək haqqına sahibdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button