Dünya

Rusiya Polşa və Almaniyaya qaz satışını dayandırdı

Almaniya ilə Rusiya arasında münasibətlər gərginləşməyə başlayıb. Artıq Moskva ilə Berlin arasında qaz müharibəsi də start götürüb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb 23 avqust 2019-cu ildə Berlində Gürcüstan vətəndaşı Səlimxan Çanqoşvilinin qətlə yetirilməsi ilə bağlı Almaniya məhkəməsi qətlin icraçısı Vadim Krasikov barəsində ömürlük həbs cəzası çıxarması və iki rus diplomatı “persona non qrata” elan etməsidir.

Qeyd edək ki, bunun ardından Rusiya da iki alman diplomatı ölkəıdən çıxarıb. Lakin bazar günündən etibarən Kreml daha bir tədbirə əl atıb. Belə ki, Moskva Belarusiya üzərindən Almaniya və Polşaya təbii qaz verdiyi boru kəməri ilə nəqli dayandırıb. JAMAZ.İNFO xəbər verir ki, Almaniya və Polşaya təbii qazın verilişinin dayandırılması ilə bağlı göstərişi şəxsən Rusiya prezidenti Vladimir Putin verib. Dekbarın 23-dən dayandırılan təbii qaz nəqlini Moskvada belə əsaslanıdırblar ki, bu ticari məqsədlərlə edilib. Qiymət  məsələsində razılıq əldə olunmaması əsas götürülüb.

Almaniya tərəfi Rusiya ilə danışıqlar aparmaq istəsə də, hələ də buna müsbət cavab verilməyib. Polşada isə təbii qaz ehtiyatları bitmək üzrədir. Berlin hökuməti isə Varşavanı vəziyyətdən çıxarmaq üçün özünün qaz rezervlərini açaraq, boru kəməri vasitəsi ilə Polşaya təbii qaz nəql etməyə başlayıb.

Qeyd edək ki, Rusiyanın qaz kəmərini bağlaması Avropada “mavi yanacaq” ətrafında ajiotaja səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, bu addımdan sonra Hollandiyada təbii qazın qiyməti 37 faiz bahalaşıb. Dünya bazarında isə hazırda 1000 kub metr qaz 2150 dollara satılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button