Dünya

Rusiya Ukraynaya qarşı hücuma hazırlaşır

Rusiya gələn il Ukraynaya hücuma keçməyi planlaşdırır. Hücum bir neçə cəbhədən təşkil olunacaq və əməliyyatlarda 175 min rus hərbçisi iştirak edəcək. “Reuters”-in məlumatına görə, bu iddia ilə ABŞ kəşfiyyat idarəsinin rəsmiləri çıxış ediblər.
Bildirilir ki, Rusiya hücuma keçərkən zirehli texnika və artilleriyadan da istifadə edəcək. Kiyev hökuməti yanvarda müharibə olacağı ilə bağlı xəbərdarlıq edib.
Məsələ ilə əlaqədar çıxış edən ABŞ prezidenti Cozef Bayden Ukraynanı müdafiə etməkdən ötrü hər tərəfli hazırlıqların görüldüyünü bəyan edib. “Biz getdikcə qızışan münaqişənin müharibəyə çevriləcəyindən narahatıq. Rusiyanın “qırmızı xətt”ini” qəbul etməyəcəyik”, – deyə Bayden vurğulayıb.
Rəsmi Kreml isə Ukraynaya qarşı müharibənin başlayacağı ilə bağlı iddiaları təkzib edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button