Dünya

Rusiyada Putini kim əvəzləyəcək? – 4 namizəd var

Rusiyada 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı artıq ilkin müzakirələr başlayıb. Daha doğrusu, ekspertlər, siyasi təhlilçilər və partiya rəsmiləri Putini əvəzləyəcək şəxslərin kimlər ola biləcəyini qeyd edirlər.

JAMAZ.İNFO xəbər verir ki, seçkilərdə namizədlərin sayının çox olacağı istisna edilmir. Hətta hakimiyyətdə təmsil olunanlar arasından ən azı iki nəfərin seçkilərə qatılacağını proqnozlaşdıranlar var.

Həmin müzakirələrdən anlaşılan odur ki, hazırda hakimiyyətdə olan Vladimir Putinin tərəfdarları arasında prezident seçkilərinə qatılmasına razılıq veriləcək şəxslərin sayı əsas 4 nəfərdir. Qeyd edilir ki, seçkilərdə hakimiyyətin əsas namizədi şansına sahib hazırkı baş nazir Mixail Mişustindir. Digər namizəd kimi isə müdafiə naziri Sergey Şoyqu, keçmiş baş nazir Dmitri Medvediyev və Hərbi Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin adları çəkilir.

Bu əsnada, Rusiya Ddövlət Dumasında təmsil olunan deputatlardan da seçkilərə qatılmaq istəyində olanlar var. Hələlik rəsmi olaraq mövqelərini ortaya qoymasalar da, yaxın çevrələrinə seçkilərə qatılacaqlarını bildirən deputatların sayının 5-i keçdiyi qeyd olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button