Dünya

Sanksiya: ABŞ bankları Rusiyanın dövlət borc öhdəlikləri ilə bağlı əməliyyatlarını dayandırır

ABŞ Rusiyaya qarşı daha bir sanksiya tətbiq etməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu dəfəki sanksiyalar Rusiyanın suveren borclarını hədəf alacaq.

“Bloomberg”in bir müddət əvvəl yaydığı məlumatda deyilirdi ki, Ağ Ev “SolarWinds” vasitəsi ilə Moskvanın seçkilərə müdaxiləsi və kiberhücumları səbəbindən təxminən 12 Rusiya vətəndaşı və 20 quruma qarşı məhdudlaşdırıcı tədbirlər görəcək. Bundan başqa, daha on diplomatı qovacağını da vurğulamışdı. Son xəbərlərə görə, bu proses cümə günü reallaşa bilər.

“Wall Street Journal” nəşri isə Rusiyanın daha bir sanksiya ilə üz-üzə qalacağını yazıb. Nəşrin iddiasına görə, ABŞ prezidenti Co Bayden Konqresə sanksiyaların mətnini cümə günü təqdim edəcək. Orada ABŞ banklarının bundan sonra Rusiyanın borc öhdəliklərini yerinə yetirməsi əməliyyatlarını həyata keçirməyə qadağa qoyulacaq. Bundan başqa, Rusiya ilə ticarət əlaqələrinin bəzilərinə də sanksiya tətbiq ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu sanksiyalardan sonra Rusiya özünün borc öhdəliklərini yerinə yetirməsi ilə bağlı işləri Amerika bankları vasitəsi ilə həyata keçirə bilməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button