Dünya
Sünikdə özünümüdafiə qüvvələrinin yaradılması təklif olunur
Ermənistanın Tatev icmasının rəhbəri Samvel Lalayan dünən baş nazir Nikol Paşinyanla görüşdə təkliflə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, icma rəhbəri təklif edib ki, Sünik vilayətində sərhəddin qorunması və təhlükəsizliyin təmin edilməsi üçün özünümüdafiə qüvvələri yaradılmalıdır.
Onun sözlərinə görə, indiki ağır vəziyyətdə bütün məsuliyyəti ordunun üzərinə qoymaq olmaz. Lalayan hesab edir ki, bu prosesdə yerli əhalinin də iştirakı təmin olunmalıdır.