Dünya

Trampın evinə basqın: FTB sabiq prezidentin “sirli” kassasını özü ilə apardı

ABŞ Federal Təhqiqat Bürosu bu ölkənin sabiq prezidenti Ddonald Trampın evinə basqın düzənləyib. JAMAZ.İNFO xəbər verir ki, gecə yarısı həyata keçirilən əməliyyat Trampda olan hansısa gizli sənədlərlə bağlı olub.

Hadisə sabiq prezidentin istirahət etdiyi Floridadakı “Palm Beach”də baş verib. Həmin vaxt FTB əməkdaşları Trampın evinə girərək, oradakı kassanı götürüblər. Daha sonra isə həmin kassanı qıraraq, içindəki sənədləri özləri ilə aparıblar.

Sabiq president isə mətbuata verdiyi açıqlamasında iddia edib ki, bütün bunlar onun qarşıdan gələn president seçkilərində iştirakını əngəlləmək məqsədi daşıyır. “Belə bir hücum yalnız üçüncü dünya ölkələrində ola bilər. Bu hadisə ölkəmiz üçün qaranlıq günlərdən xəbər verir. Hal hazıra evim mühasirədədir. İndiyə qədər ABŞ prezidentlərindən heç birinin başına belə bir hadisə gəlməyib”.

Yerli media yazır ki, qırılaraq açılan kassadan çıxan sənədlərin sirri onun Ağ Evdən götürülməsi ilə bağlı ola bilər. Belə ki, Tramp president olan zaman həmin sənədləri özü ilə gətirib.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button