Dünya

Türk ordusu terrorçuların gizləndiyi mağaranı yerlə bir etdi: 100 PKK-çı öldürüldü

Xəbər verildiyi kimi, Türkiyə ordusu Şimali İraqda PKK terror təşkilatına qarşı antiterror əməliyyatları aparır. JAMAZ.İNFO xəbər verir ki, dünən terrorçuların qurduqları pusuqya düşən türk əsgərlərindən 5-I Şəhid olub. Bunun ardından isə Türkiyə Müdafiə Nazirliyi genişmiqyaslı əməliyyatlara start verib.

Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, Şəhidlərin intiqamını almaq üçün dünən 100-ə yaxın PKK-çı gizləndikləri mağarada mühasirəyə alınıb. “Onları təslim olmağa çağırdıq. Lakin terrorçular bu çağırışımıza atəş açmaqla cavab verdilər. Mağara yerlə bir edildi və 100 terrorçu öldürüldü. Şəhidlərimizin qanı yerdə qalmadı və bundan sonra da qalmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button