Dünya

Türk professor: “Koronavirusun 5-ci dalğası gəlir”

Türkiyəli professor Alpay Azap koronavirusla bağlı maraqlı açıqlamalarla çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, o, pandemiyanın bitəcəyi tarixi, lakin buna qədər il sonuna qədər gözləmək lazım gələcəyini deyib.

Azap bildirib ki, indiyə qədər 100 milyon insan virusa yoluxub və 2 milyon insan dünyasını dəyişib. “Bunlar dəqiq rəqəmlər deyil. İndiyə qədər 1 milyard insan test olunub. Ölüm sayını 2 milyon nəfər deyirik. Amma test etmədiyimiz insanlar da var ki, onlar da koronavirusdan ölüblər. Təxminlərimizə görə, dünyada 5 milyon insan virusdan dünyasını dəyişib”.

Professor deyib ki, pandemiya bitəcək, amma birus yox olmayacaq. “Koronavirus mövsümi bir infeksiya olaraq, qışda artacaq, yayda isə azalacaq. Yəni, adi qrip kimi. Bu gün biz virusun yayılmasının 4 dalğasını geridə qoymuşuq. Amma qarşıda daha biri, beşincisi də olacaq. Bu təxminən fevralın ortalarına təsadüf edəcək”.

Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı suala da cavab verən, Azap qeyd edib ki, bu barədə danışmaq üçün bir qədər gözləmək lazım gələcək. “Pandemiyanın tam bitməsi üçün bu ilin noyabr-dekabr aylarını gözləməliyik. Ona qədər vaksinlər hamı üçün əlçatan olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button