Dünya

Türkiyənin 2000 km/saat sürətlə uçan yeni hərbi təyyarəsi – VİDEO  

Uzun müddətdir özünün hərbi təyyarəsini hazırlamaq istəyən Türkiyə artıq bunun üçün bütün hazırlıqları tamamlayaraq, fəaliyyətə keçib. JAMAZ.İNFO xəbər verir ki, Türk Havacılıq və Kosmik Sənaye (TUSAŞ) şirkəti bu gün həmin döyüş təyyarəsini ictimaiyyətə təqdim edib.

Hələlik maket halında olan təyyarə 2026-cı ildə ordunun ixtiyarına veriləcək. Hazırda onun motorunun hazırlanması prosesi həyata keçirilir. Rəsmi məlumatlarda deyilir ki, yerli istehsal olan motorun hazırlanması 2023-cü ildə yekunlaşacaq. 2025-ci ilə kimi isə bütün sınaqlar başa çatacaq və 2026-cı ildə döyüş təyyarəsi ordunun istismarına veriləcək.

Həmin məlumatlara görə, Türkiyənin hazırladığı yeni döyüş təyyarəsinin ən yüksək sürəti 2005 km/saat olacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button