Dünya

Türkiyə ordusunda skandal: 5 general istefaya göndərildi

Türkiyə ordusunda daha bir qalmaqal baş verib. JAMAZ.İNFO xəbər verir ki, Soçidən geri dönən Ərdoğan orduya əl gəzdirməyə başlayıb. Bu dəfə isə Suriyada qulluq edən 5 general və 624 polkovnik istefaya göndərilib.

“Al-Monitor” jurnalının şərhçisi və “Türkiyənin nəbzi” bölümünə rəhbərlik edən Metin Gürkan iddia edib ki, İdlibdə vəziyyət gərginləşən ərəfədə Suriyada qulluq edən türk generalları istefaya göndərilib.

Həmin məlumatda bildirilir ki, Soçi görüşündə sonra 5 general və 624 polkovnikin istefaya göndərilməsi səbəbsiz olmayıb. Metin Gürkan hesab edir ki, bu iki məsələ arasında bağlılıq var. Üstəlik, istefaya göndərilən generallar olduqca peşəkar hərbçilər olublar.

Türk jurnalist Sayqı Öztürk isə vurğulayıb ki, orduda baş verən son hadisələr yenidən qurulma prosesi deyil. Və bunun “Gülən məsələsi” ilə heç bir əlaqəsi yoxdur. Öztürk güman edir ki, bu barədə Ərdoğana Soçidə məlumat ötürüblər. Böyük ehtimalla xəbəri ötürənlər Putinin adamları olublar.

“Al-Monitor” jurnalının ekspertləri hesab edirlər ki, hazırda yüksək rütbəli məmurların kütləvi şəkildə işdən çıxarılması hakimiyyəti ələ keçirmək cəhdi ilə əlaqəli deyil. “Böyük təcrübəyə və parlaq bir karyeraya malik olan generalların istefaya göndərilməsi, xüsusən də kritik missiyaları keçirən şəxslərin belə addım atması Türkiyə ordusunun ənənələri fonunda qeyri-adi hadisədir”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button